İspaniyada zavodda partlayış olub, ölənlər var

İspaniyada zavodda partlayış olub, ölənlər var Bakı. 13 noyabr. REPORT.AZ/ İspaniyanın Əndəlis muxtar birliyinin Qranada vilayətindəki pirotexnika fabrikində baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb.
Digər ölkələr
12 noyabr 2018 21:47
İspaniyada zavodda partlayış olub, ölənlər var

Bakı. 13 noyabr. REPORT.AZ/ İspaniyanın Əndəlis muxtar birliyinin Qranada vilayətindəki pirotexnika fabrikində baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Europa Press" məlumat yayıb.

Məlumata görə, Quadiks bələdiyyəsindəki hadisə zamanı müəssisədə daha 3 nəfər də olub, lakin onlar xəsarət almayıb. Güclü partlayış uzaqdan eşidilib.

Hadisə yerində mülki qvardiya, polis və həkimlər işləyir. Partlayışın başvermə səbəbi barədə məlumat verilmir.

Hadisənin baş verdiyi şirkətin əsası 1889-cu ildə qoyulub. Müəssisə 110 min kvadrat metr ərazidə fəaliyyət göstərir. Burada 2004-cü ildə də partlayış baş verib. Həmin vaxt 2 nəfər həlak olub. 

Son xəbərlər

Orphus sistemi