İspaniyada təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

İspaniyada təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb Qəzanın səbəbləri hələlik bilinmir
Digər ölkələr
7 Sentyabr , 2016 00:05
İspaniyada təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı İspaniyanın Leon əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli EFE agentliyi məlumat yayıb.

İnsident Bakı vaxtı ilə 18:12-də baş verib. Təyyarə Vilyanuyeva-del-Kondado şəhərciyi yaxınlığındakı sahəyə düşüb.

Hadisə yerinə dərhal xilasetmə xidmətinin əməkdaşları cəlb olunub, lakin təyyarənin hər iki sərnişini həyatını artıq itirmiş olub.

Qəzanın səbəbləri hələlik bilinmir.

Son xəbərlər

Orphus sistemi