İspaniyada təyyarə qəzası baş verib, ölənlər var

İspaniyada təyyarə qəzası baş verib, ölənlər var Kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub
Digər ölkələr
1088
4 Dekabr , 2016 22:47
İspaniyada təyyarə qəzası baş verib, ölənlər var

Bakı. 4 dekabr. REPORT.AZ/ İspaniyada təyyarə qəzası baş verib.

"Report" "El Pais"ə istinadən xəbər verir ki, hadisə Sequril ərazisində qeydə alınıb.

Belə ki, kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Onlardan 2-i uşaqdır.

Məlumata görə, təyyarə Madrid muxtar ərazisindən havaya qalxıb və Portuqaliyanın Kaşkayş şəhərinə doğru uçurmuş.

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi