İspaniyada terror törətməkdə şübhəli bilinən sonuncu şəxs axtarılır

İspaniyada terror törətməkdə şübhəli bilinən sonuncu şəxs axtarılır Onun şəxsiyyəti müəyyənləşdirilib
Digər ölkələr
19 Avqust , 2017 01:45
İspaniyada terror törətməkdə şübhəli bilinən sonuncu şəxs axtarılır

Bakı. 19 avqust. REPORT.AZ/ İspaniya polisi Barselona və Kambrilsdə terror aktları törətməkdə şübhəli bilinən 12 nəfərdən sonuncunu axtarır.

“Report” xəbər verir ki, bu barədə "Europa Press" agentliyi Kataloniyanın hüquq-mühafizə orqanının rəhbəri Luis Traperoya istinadən məlumat yayıb.

Trapero Kataloniyanın "TV3" televiziyasına müsahibəsində bildirib ki, təhqiqat nəticəsində Barselona və Kambrilsdə hücuma hazırlıqda iştirak etmiş 12 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Kambrilsdə törədilmiş terror aktından sonra onlardan 4-ü saxlanılıb, 5-i məhv edilib. Terrorçulardan biri hadisədən bir gün əvvəl Alkanardakı partlayış zamanı ölüb. Daha bir nəfərin də həmin partlayışda öldüyü ehtimal edilir.

Beləliklə şübhəlilərdən birinin yeri müəyyən edilməyib. Onun kimliyi isə məlumdur.

Trapero Kambrilsdə törədilmiş terror aktından sonra öldürülmüş 5 terrorçunun şəxsiyyətinin müəyyənləşdirildiyini təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi