Bakı. 12 İyul. REPORT.AZ/ Şənbə gününə keçən gecə İspaniyanın Saraqosa şəhərindəki qocalar evində yanğın baş verib. Hadisə nəticəsində ən azı 8 nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, polisin məlumatına görə, insanların ölümünə dəm qazından zəhərlənmə səbəb olub.
Yanğın nəticəsində daha 11 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə baş verən zaman binada 19 nəfər olub.