İspaniyada qasırğa nəticəsində 17 nəfər xəsarət alıb

İspaniyada qasırğa nəticəsində 17 nəfər xəsarət alıb Bakı. 15 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətində “Lesly” qasırğası nəticəsində 17 nəfər xəsarət alıb.
Digər ölkələr
15 Oktyabr , 2018 21:09
İspaniyada qasırğa nəticəsində 17 nəfər xəsarət alıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətində “Lesly” qasırğası nəticəsində 17 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, fövqəladə qurumlar təbii fəlakət nəticəsində 6 minədək evin işıqsız qaldığını diqqətə çatdırıblar.

Kataloniyanın bir sıra bölgələrində leysan yağışlardan sonra “naringi təhlükə səviyyəsi” elan edilib. Həmçinin Barselonanın El Prat və Balear adalarındakı bir neçə hava limanlarından bir çox aviareys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi