İspaniyada pandemiya qurbanlarının sayı 25 minə yaxınlaşdı

İspaniyada pandemiya qurbanlarının sayı 25 minə yaxınlaşdı İspaniyada ötən sutka ərzində daha 281 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
1 May , 2020 13:18
İspaniyada pandemiya qurbanlarının sayı 25 minə yaxınlaşdı

İspaniyada ötən sutka ərzində daha 281 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 24 824-ə çatıb.

Ölkədə virusa yoluxanların sayı 1 175 nəfər artaraq 215 216-ya yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 320 000-i ötüb. Bunların 1 048 936 nəfəri sağalıb, 234 283 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi