İspaniyada ölkənin birliyinin tərəfdarları nümayiş keçirirlər

İspaniyada ölkənin birliyinin tərəfdarları nümayiş keçirirlər İspaniyada ölkənin birliyinin on minlərlə tərəfdarı Barselonada nümayiş keçirirlər.
Digər ölkələr
27 Oktyabr , 2019 19:21
İspaniyada ölkənin birliyinin tərəfdarları nümayiş keçirirlər

İspaniyada ölkənin birliyinin on minlərlə tərəfdarı Barselonada nümayiş keçirirlər.

"Report" TASS-a istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları "Kataloniyanın vətəndaş cəmiyyəti" assosiasiyasıdır.

Qeyd edilir ki, ölkənin çoxsaylı siyasətçiləri aksiyaya dəstək vermək üçün mitinqdə iştirak edirlər. "El Pais" qəzetinin məlumatına görə, nümayişə İspaniyanın daxili işlər naziri Jozep Borrel də qoşulub.

Mitinqin əksər iştirakçıları aksiyaya İspaniya bayraqları ilə qatılıblar. Onlar həmçinin ölkənin ərazit bütövlüyünə dəstək şüarları səsləndirirlər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, mitinqdə 80 min insan iştirak edir.

Qeyd edək ki, oktyabrın 14-dən Kataloniyanın müxtəlif şəhərlərində regionun müstəqilliyinin tərəfdarları da aksiyalar keçirir.

Son xəbərlər

Orphus sistemi