İspaniyada pandemiyadan ölənlərin sayı 10 mini keçdi

İspaniyada pandemiyadan ölənlərin sayı 10 mini keçdi İspaniyada son sutkada daha 950 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
2 Aprel , 2020 13:58
İspaniyada pandemiyadan ölənlərin sayı 10 mini keçdi
0 : 00
0 : 00

İspaniyada son sutkada daha 950 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı “Ahaber” yayıb.

Bildirilib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 10 003-ə çatıb.

Məlumatda həmçinin daha 6 120 nəfərdə koronavirus aşkarlanıb və İspaniyada infeksiya daşıyıcılarının ümumi sayı 110 238-ə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 946 800-ü ötüb. Bunların 200 317 nəfəri sağalıb, 48 135 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi