İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib

İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib "24 Horas" telekanalının məlumatına görə, 4 terrorçu zərərsizləşdirilib
Digər ölkələr
18 Avqust , 2017 04:42
İspaniyada növbəti terror aktı törətməyi planlaşdıran silahlılar zərərsizləşdirilib
Ursa-tm.ru

Bakı. 18 avqust. REPORT.AZ/ Kataloniya polisi Kambrils bələdiyyəsi ərazisində yeni terror aktları törətməyi planlaşdıran terrorçuların zərərsizləşdirildiyini təsdiqləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. 

"Biz terrorçu olduqları güman edilən şəxsləri məhv etdik", - deyə Kataloniyanın hüquq-mühafizə orqanları "Twitter"də xəbər verib. Xəbərdə bildirilir ki, həmin şəxslər yeni terror aktları törətməyi planlaşdırırmış.

"24 Horas" telekanalının məlumatına görə, 4 terrorçu zərərsizləşdirilib, 1 nəfər yaralanıb. Telekanal bildirib ki, onların üzərində kamikadze kəməri olub. 

Terrorçular Barselonadakı terror aktını təkrarlamağa hazırlaşırmiş.

Son xəbərlər

Orphus sistemi