Yuxarı
    Bağlamaq

    İspaniyada meşə yanğınları ilə əlaqədar 400 nəfər təxliyə edilib

    Yanğınla mübarizəyə 130 yanğınsöndürən və 19 amfibiya təyyarə, helikopter cəlb edilib

    Bakı. 4 iyul. REPORT.AZ/ İspaniyanın Andalusiya muxtar birliyinin Yelva vilayətində meşə yanğınları ilə əlaqədar 400 nəfər təxliyə edilib.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" birliyin fövqəladə vəziyyətlər üzrə xidmətinə istinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, Minas-de-Riotinto bələdiyyəsi ərazisində iki yanğın mənbəyi qeydə alınıb. Artıq bir neçə saatdır yanğına nəzarəti ələ almaq mümkün deyil.

    Hadisə ilə əlaqədar El-Kampilyo şəhərinin şimalında, habelə Trasleserra qəsəbəsində yaşayan 250 nəfər təxliyə edilib. Daha 140 nəfər isə təhlükəsizlik tədbirləri ilə əlaqədar El-Kampilyodakı intellektual imkanları məhdud olan insanlar üçün mərkəzdən müvəqqəti olaraq idman kompleksinin ərazisinə yerləşdirilib.

    El-Kampilyoya yaxınlaşmaqda olan yanğınla əlaqədar yolun bir hissəsi bağlı saxlanılır. Yanğınla mübarizəyə 130 yanğınsöndürən və 19 amfibiya təyyarə, helikopter cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi