İspaniyada leysan yağışları insan tələfatına səbəb olub

İspaniyada leysan yağışları insan tələfatına səbəb olub İspaniyanın Əndəlüs muxtar bölgəsində leysan yağışları nəticəsində azı 2 nəfər ölüb.
Digər ölkələr
13 Sentyabr , 2019 19:22
İspaniyada leysan yağışları insan tələfatına səbəb olub

İspaniyanın Əndəlüs muxtar bölgəsində leysan yağışları nəticəsində azı 2 nəfər ölüb.

“Report” “La Razon”a istinadən xəbər verir ki, ötən gün Kastiliya La-Mança bölgəsində də əlverişsiz havalar üzündən iki nəfər ölüb.

Bu gün Dövlət Meteorologiya Agentliyi bir çox əyalətlərdə leysan yağışları, şimşək və güclü küləklərlə bağlı xəbərdarlıq edib. Bir sıra yaşayış məntəqələrində ən yüksək həddə olan qırmızı səviyyəli təhlükə elan olunub.

Əlverişsiz havalarla bağlı minlərlə məktəblinin dərsləri təxirə salınıb. Leysan yağışlar səbəbindən bəzi yollar bağlanıb, daşqınlar baş verib, dəmir yollarının fəaliyyətində fasilələr yaranıb.

Orphus sistemi