İspaniyada leysan yağışı və qasırğa fəlakətə səbəb olub - VİDEO

İspaniyada leysan yağışı və qasırğa fəlakətə səbəb olub - VİDEO Bakı. 19 noyabr. REPORT.AZ/ İspaniyanın qitə ərazisi, habelə Balear və Kanari adalarında yağan leysan yağışı sahil ərazilərində daşqınlara səbəb olub.
Digər ölkələr
19 Noyabr , 2018 14:18
İspaniyada leysan yağışı və qasırğa fəlakətə səbəb olub - VİDEO
EFE

Bakı. 19 noyabr. REPORT.AZ/ İspaniyanın qitə ərazisi, habelə Balear və Kanari adalarında yağan leysan yağışı sahil ərazilərində daşqınlara səbəb olub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ölkənin şərq sahilləri daha çox ziyan görüb. Belə ki, Kataloniya muxtar bölgəsinin Girona əyalətində daşqın üzündən onlarla sakin təxliyyə olunub, 26 avtomobil yolu bağlanıb. Kanari adalarında ötən gün 6 metrədək dalğa qeydə alınıb. 

Valensiya əyalətinin cənubu və Alikante əyalətinin şimalında qasırğa üzündən “qırmızı” (ən yüksək) təhlükə elan edilib. Ölkədə ümumiyyətlə, 45 min məktəblinin dərsləri təxirə salınıb. Leysan yağışının hələ bir həftə yağacağı, havaların soyuyacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi