İspaniyada koronavirusdan ölənlərin sayı kəskin artdı

İspaniyada koronavirusdan ölənlərin sayı kəskin artdı Qərbi Avropada yerləşən İspaniyada koronavirus daşıyıcılarının sayı 3 000-i ötüb.
Digər ölkələr
482
12 Mart , 2020 17:17
İspaniyada koronavirusdan ölənlərin sayı kəskin artdı
google.az

Qərbi Avropada yerləşən İspaniyada koronavirus daşıyıcılarının sayı 3 000-i ötüb.

“Report” “El Pais”ə istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 84 nəfərə çatıb.

Bundan başqa, məlum olub ki, İspaniya parlamentinin hər iki palatası 15 gün müddətinə fəaliyyətini dayandırıb. İspaniya hökumətinin bütün nazirləri, həmçinin kral VI Filipp və onun xanımı koronavirus testindən keçiblər.

Qeyd edək ki, bu gün İspaniya nazirində koronavirusun aşkarlandığı açıqlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 129 158-ə çatıb. Bunların 68 656 nəfəri sağalıb, 4 749 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi