İspaniyada koronavirusdan ölənlərin sayı 23,5 mini ötdü

İspaniyada koronavirusdan ölənlərin sayı 23,5 mini ötdü İspaniyada daha 331 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
27 aprel 2020 09:14
İspaniyada koronavirusdan ölənlərin sayı 23,5 mini ötdü

İspaniyada daha 331 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 23 521-ə yüksəlib.

Bundan başqa, ölkədə infeksiyaya yoluxanların sayı daha 1 831 nəfər artaraq 209 465-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 004 000-i ötüb. Bunların 882 909 nəfəri sağalıb, 207 254 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi