İspaniyada koronavirusdan ölənlərin sayı 16 minə yaxınlaşır

İspaniyada koronavirusdan ölənlərin sayı 16 minə yaxınlaşır İspaniyada son sutkada daha 605 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
10 Aprel , 2020 13:39
İspaniyada koronavirusdan ölənlərin sayı 16 minə yaxınlaşır
0 : 00
0 : 00

İspaniyada son sutkada daha 605 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bununla da pandemiya qurbanlarının sayı 15 843-ə çatıb.

Bundan başqa, qeydə alınmış yoluxmaların sayı da 4 576 nəfər artaraq 157 022-yə yüksəlib.

Qeyd edək ki, ötən gün ölənlərin ümumi sayı 15 238 nəfər olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 614 000-i ötüb. Bunların 362 409 nəfəri sağalıb, 96 788 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi