İspaniyada koronavirusa yoluxanların sayı 240 minə çatır

İspaniyada koronavirusa yoluxanların sayı 240 minə çatır İspaniyada koronavirusa yoluxanların sayı gün ərzində 271 nəfər artıb.
Digər ölkələr
30 May , 2020 19:42
İspaniyada koronavirusa yoluxanların sayı 240 minə çatır

İspaniyada koronavirusa yoluxanların sayı gün ərzində 271 nəfər artıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, Madriddə xəstəliyə yeni 95 yoluxma aşkarlanıb, Kataloniyada bu rəqəm 88 təşkil edib.

Bildirilir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 239 228 nəfər təşkil edir.

Son yeddi gün ərzində virusdan 43 pasiyent ölüb. Bununla da İspaniyada pandemiya qurbanlarının ümumi sayı 27 125 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi