Yuxarı
    Bağlamaq

    İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində insident qeydə alınmayıb

    Aşağı palatada yer qazanmaq uğrunda 545 namizəd, senatdakı 208 yer uğrunda isə 585 nəfər mübarizə aparır

    Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində hər hansı insident qeydə alınmayıb. 

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 9:00da start verilən səsvermələr axşam saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) başa çatacaq.

    Hazırda ispan seçicilərinin aşağı palataya - konqresə və yuxarı palataya - Senata namizəd seçkisi davam edir. Qeyd edək ki, seçkilərdə aşağı palatada yer qazanmaq uğrunda 545 namizəd (cəmi 350 yer), senatdakı 208 yer uğrunda isə 585 nəfər mübarizə aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi