İspaniyada istidən ölənlərin sayı 6 nəfərə çatıb

İspaniyada istidən ölənlərin sayı 6 nəfərə çatıb Bakı. 6 avqust. REPORT.AZ/ İspaniyada istilər nəticəsində ölənlərin sayı son məlumatlara görə, 6 nəfərə çatıb.
Digər ölkələr
6 Avqust , 2018 22:58
İspaniyada istidən ölənlərin sayı 6 nəfərə çatıb

Bakı. 6 avqust. REPORT.AZ/ İspaniyada istilər nəticəsində ölənlərin sayı son məlumatlara görə, 6 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, 81 yaşlı Miajadas sakini (Kaseres əyaləti, Ekstremadura muxtar rayonu) xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

O, rəsmi olaraq bu muxtar rayonda istilərin qurbanı olan yeganə şəxsdir.

Lakin Mülki Qvardiya Kanyaveral bələdiyyəsi ərazisində (Kaseres əyaləti) yolda 40 yaşlı turistin ölü tapıldığını xəbər verib.

Bundan əvvəl bazar ertəsi Tarraqonda (Kataloniya muxtar rayonu) iki nəfər kimsəsiz vəfat edib. Ötən həftə isə Barselonada 3 kimsəsiz şəxs, Mursiyada isə iki kişi istilərdən keçinib.

Ötən həftənin ortalarında İberiya yarımadasında havanın temperaturu 40 dərəcəyə çatıb.

Son xəbərlər

Orphus sistemi