Yuxarı
    Bağlamaq

    İspaniyada içərisində uşaqlar olan avtobus aşıb

    Avtobus dairəvi hərəkət olan yol kəsişməsində dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyib

    Bakı. 25 yanvar. REPORT.AZ/ İspaniyada paytaxt Madrid ətrafında şagirdləri daşıyan avtobus aşıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 uşaq xəsarət alıb.

    Yol qəzası Fuenlabrada şəhərində baş verib. Avtobus dairəvi hərəkət olan yol kəsişməsində dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyib.

    Leqanesdəki kollecə istiqamətlənən avtobusda 11-13 yaşlı 25 şagird olub.

    Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onları müayinə edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi