Yuxarı

​İspaniyada içərisində radioaktiv materiallar olan çamadan oğurlanıb

O, Sevilyada park edilən avtomobildən götürülüb

Bakı. 30 mart. REPORT.AZ/ İspaniyanın Nüvə Təhlükəsizliyi Şurası içərisində iki radioaktiv mənbə olan avadanlığın yoxa çıxdığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın ABC telekanalı məlumat yayıb.

Bəyanata əsasən, radioaktiv materiallar suxurların sıxlığı və nəmliyinin ölçülməsi üçün nəzərdə tutulan avadanlığın olduğu çamadanda imiş.

O, Sevilyada park edilən avtomobildən götürülüb.

Radioaktiv maddələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təsnifatına əsasən, dördüncü təhlükəlilik dərəcəsinə malikdir. Dərəcə ümumilikdə beşdən ibarətdir. Sonuncu bir qədər təhlükəlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi