İspaniyada İŞİD üçün silahlı toplamaqda şübhəli bilinən qadın saxlanılıb

İspaniyada İŞİD üçün silahlı toplamaqda şübhəli bilinən qadın saxlanılıb Əməliyyat ABŞ FTB-nin dəstəyi ilə həyata keçirilib
Digər ölkələr
17 Oktyabr , 2017 14:15
İspaniyada İŞİD üçün silahlı toplamaqda şübhəli bilinən qadın saxlanılıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ İspaniyanın Mülki Qvardiyası ölkənin 21 yaşlı vətəndaşını İŞİD terror qruplaşmasına silahlı toplamaqda şübhəli bilərək saxlayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, əməliyyat ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) dəstəyi ilə həyata keçirilib.

Saxlanılan qadın İŞİD üçün qadınları cəlb etməkdən savayı, həm də cihad ideologiyasına sadiq digərləri ilə şəbəkə cəmiyyətləri təşkil etməkdə ittiham olunur.

İspaniyanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadın çərşənbə axşamı Kataloniyanın Palamos şəhərində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi