İspaniyada İŞİD tərəfdarları saxlanılıb

İspaniyada İŞİD tərəfdarları saxlanılıb Terrorçularla əlaqədə şübhəli bilinən 3 nəfər həbs edilib
Digər ölkələr
1 Dekabr , 2016 01:30
İspaniyada İŞİD tərəfdarları saxlanılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ İspaniya milli polisi San-Sebastyanda İŞİD terror qruplaşmasının təbliğatını aparan şəxsi saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyirmi yaşlı Mərakeş vətəndaşı axtarışda imiş. O, sosial şəbəkələrdə terror qruplaşmasına dəstək xarakterli videolar və mətnlər paylaşıb.

Ümumilikdə ispan polisi çərşənbə günü İŞİD-lə əlaqə saxlamaqda şübhəli bilinən 3 nəfəri saxlayıb.

Mülki qvardiya İrunda (Hipusk vilayəti) hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getməyə hazırlaşan və İŞİD-lə əlaqədə şübhəli bilinən 1 nəfəri saxlayıb. Bundan əlavə, polis Aranxuesdə terror aktı törətməyə hazırlaşan şəxsi də həbs edib.  

Son xəbərlər

Orphus sistemi