İspaniyada hərbi təyyarə "Coca-Cola" zavodunun üzərinə düşüb

İspaniyada hərbi təyyarə "Coca-Cola" zavodunun üzərinə düşüb Təyyarənin göyərtəsində 7 nəfərin olduğu ehtimal edilir
Digər ölkələr
9 May , 2015 17:55
İspaniyada hərbi təyyarə Coca-Cola zavodunun üzərinə düşüb

Bakı. 9 may. REPORT.AZ/ Sevilya şəhərində (İspaniya) "Airbus A400" hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə EFE agentliyi məlumat yayıb.

Bir sıra mətbuat vasitələrinin məlumatına görə, yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 16:00-da) təyyarə "Coca-Cola" zavodunun ərazisinə düşüb. Qəzanın səbəbləri açıqlanmır. 

"AirLive.net" portalının məlumatına görə, təyyarənin göyərtəsində 7 nəfərin olduğu ehtimal edilir  

Hadisə səbəbindən Sevilya aeroportu bağlanılıb.

"A400" təyyarəsinin tutumu 37 min ton yük və ya 120 desantçı daşımağa imkan verir.

Son xəbərlər

Orphus sistemi