İspaniyanın bəzi bölgələrində 40 dərəcədən artıq olan istilər daha bir nəfərin ölümünə səbəb olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Valiadolid şəhərində iyun ayının sonunda işlədiyi ərazidə özünü pis hiss edən kişini xəstəxanaya aparsalar da o dünyasını dəyişib. Aparılan autopsiya 66 yaşlı kişinin istilik vurması səbəbindən öldüyünü təsdiq edib. Bununla da İspaniyada günvurmadan ölənlərin sayı dörd nəfərə çatıb
Bundan öncə Kordova şəhərində17 yaşlı gənc, Valyadolid şəhərində 93 yaşlı qoca, La-Rioxa ərazisində isə 90 yaşlı qadın eyni səbəbdən ölüb.