​İspaniyada gəmi qəzası nəticəsində 39 nəfər itkin düşüb

​İspaniyada gəmi qəzası nəticəsində 39 nəfər itkin düşüb Qəza oktyabrın 28-də axşam baş verib
Digər ölkələr
29 Oktyabr , 2015 21:44
​İspaniyada gəmi qəzası nəticəsində 39 nəfər itkin düşüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ İspaniyanın Malaqa şəhəri sahillərində qayığın qəzaya uğraması nəticəsində 39 nəfər itkin düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, göyərtəsində 54 nəfərin olduğu gəmi Mərakeşdən İspaniyaya üzürmüş.

Qəza oktyabrın 28-i axşam baş verib. Xilas edilənlər arasında 13 kişi və 2 qadın var. İtkin düşənlərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi