İspaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən 11 rusiyalı tutulub

İspaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən 11 rusiyalı tutulub Son illərdə onlar İspaniyada 30 milyon avro məbləğində çirkli pul yuyublar
Digər ölkələr
1192
27 Sentyabr , 2017 12:39
İspaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən 11 rusiyalı tutulub

Bakı. 27 sentyabr. REPORT.AZ/ İspaniyada çırkli pulların yuyulmasında şübhəli bilinən Rusiyanın 11 vətəndaşı tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın hüquq-mühafizə orqanları məlumat yayıb.

İspaniyanın vətəndaşı qvardiyası çirkli pulların yuyulması ilə əlaqədar iki cinayətkar qrupun fəaliyyətinə son qoyub.

Məlumata görə, Malaqa əyalətində 18 yerdə axtarış aparılıb. Axtarış zamanı onlara məxsus vəsait, kompüter avadanlığı, sənədlər, odlu silahlar götürülüb və 23 nəqliyyat vasitəsinə həbs qoyulub.

Son illərdə onlar İspaniyada 30 milyon avro məbləğində çirkli pul yuyublar.

“Tutulanlar arasında “Marbelya” futbol klubunun prezidenti Aleksandr Qrinberq, cinayətkar aləmdə məşhur olan Semyon Moqilyeviçlə sıx əlaqədə olan Arnold Tamm da var”, - məlumatda vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi