İspaniyada bir gündə koronavirusa 100-ə yaxın yoluxma qeydə alındı

İspaniyada bir gündə koronavirusa 100-ə yaxın yoluxma qeydə alındı İspaniyada 96 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
31 May , 2020 21:35
İspaniyada bir gündə koronavirusa 100-ə yaxın yoluxma qeydə alındı

İspaniyada 96 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda COVID-19-a yoluxanların sayı 239 429-a çatıb.

Son bir gündə COVID-19 testi müsbət nəticələnən 39 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da ölkədə koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı 27 127 nəfər çatıb.

Qeyd edək ki, İspaniyada son bir həftə ərzində xəstəxanaya koronavirus testi müsbət çıxan 263 xəstə daxil olub,.

Son xəbərlər

Orphus sistemi