İspaniyada bankı 1 milyard avro məbləğində soymuş kibercinayətkar dəstənin başçısı həbs edilib

İspaniyada bankı 1 milyard avro məbləğində soymuş kibercinayətkar dəstənin başçısı həbs edilib Bakı. 27 mart. REPORT.AZ/ İspaniya polisi bankdan 1 milyard avro məbləğində soyğunçuluq etmiş kibercinayətkar dəstənin başçısını həbs edib.
Digər ölkələr
27 Mart , 2018 03:41
İspaniyada bankı 1 milyard avro məbləğində soymuş kibercinayətkar dəstənin başçısı həbs edilib

Bakı. 27 mart. REPORT.AZ/ İspaniya polisi bankdan 1 milyard avro məbləğində soyğunçuluq etmiş kibercinayətkar dəstənin başçısını həbs edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropol məlumat yayıb.

Cinayətkarlar bankın hesabların balansını dəyişdirib və bankomatları nağd pulu verməyə məcbur edib.

Bildirilir ki, kiberhücumun arxasında dayanan şübhəli şəxs "Karbank" və "Kobal" ləqəbli cinayətkardır. O, Alikantda həbs olunub.

Avropolun məlumatına görə, kibercinayətkar dəstə 2013-cü ildən fəaliyyət göstərib. Qrup 40 ölkədə maliyyə müəssisələrinə kiberhücum təşkil edib.

Cinayətkarlar əvvəlcə bankın əməkdaşlarına elektron məktublar göndərərək onların kompyuterlərini virusa yoluxdurublar. Daha sonra həmin visurlardan bank şəbəkəsinə və serverinə nəzarət bazası kimi istifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi