​İspaniyada avtobusla yük avtomobili toqquşub, 2 nəfə ölüb, 49 nəfər xəsarət alıb

​İspaniyada avtobusla yük avtomobili toqquşub, 2 nəfə ölüb, 49 nəfər xəsarət alıb Hadisə zamanı xəsarət almış şəxslərdən 3-nün vəziyyəti ağırdır
Digər ölkələr
5 İyun , 2016 15:57
​İspaniyada avtobusla yük avtomobili toqquşub, 2 nəfə ölüb, 49 nəfər xəsarət alıb

Bakı. 5 iyun. REPORT.AZ/ İspaniyada sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 49 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Europa Press" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Kordova vilayətində baş verib. Qəza zamanı hər iki avtomobilin sürücüsü ölüb.

Hadisə zamanı xəsarət almış şəxslərdən 3-nün vəziyyəti ağırdır.

Avtobusda 31 nəfər mərakeşli, 16 nəfər ispan, 2 nəfər sinqapurlu, 1 nəfər kolumbiyalı, 1 nəfər ekvadorlu, mavritaniyalı, amerikalı, rumın və Kot-d-Vuar vətəndaşı olmaqla 9 xalqın nümayəndəsi olub.

Sərnişinlər arasında uşaqlar da olub. Lakin xoşbəxtlikdən onlar xəsarət almayıblar.

Avtobus Alxesiras-Madrid istiqamətində hərəkət edirmiş. 

Son xəbərlər

Orphus sistemi