Bakı. 14 fevral. REPORT.AZ/ İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyi Yəmənin paytaxtı Sanada qeyri-sabit şəraitlə əlaqədar öz səfirliyinin fəaliyyətini dayandırmaq qərarına gəlib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə qurumun bu gün açıqladığı bəyanatda deyilir.
İspaniya XİN Yəməndə olan vətəndaşlarına bu ölkəni müvəqqəti olaraq tərk etməyi tövsiyə edib.
Bu ölkədə öz diplomatik nümayəndəliklərinin fəaliyyətini artıq Səudiyyə Ərəbistanı, BƏƏ, Böyük Britaniya, Fransa, İtaliya, Niderland krallığı və ABŞ dayandırıb.