İspaniya Şimali Koreya səfirini "arzuolunmaz şəxs" elan edib

İspaniya Şimali Koreya səfirini "arzuolunmaz şəxs" elan edib Buna KXDR-in ballistik raket və nüvə silahları sınaqdan keçirməsi səbəb olub
Digər ölkələr
18 Sentyabr , 2017 22:54
İspaniya Şimali Koreya səfirini arzuolunmaz şəxs elan edib

Bakı. 18 sentyabr. REPORT.AZ/ İspaniya Koreya Xalq Demokratik Respublikasının Madriddəki səfirini "arzuolunmaz şəxs" elan edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Buna KXDR-in ballistik raket və nüvə silahları sınaqdan keçirməsi səbəb olub.

XİN baş verənlərin dünya və beynəlxalq təhlükəsizlik üçün təhlükəli olduğu bəyan edib.

Pxenyan səfirnin səlahiyyət müddəti sentyabrın 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi