İspaniya sahillərində 61 miqrant xilas edilib

İspaniya sahillərində 61 miqrant xilas edilib Aralıq dənizində içində 47 nəfərin olduğu qayıq aşkarlanıb
Digər ölkələr
4 Sentyabr , 2017 20:35
İspaniya sahillərində 61 miqrant xilas edilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ İspaniya sahillərində 61 miqrant xilas edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Dənizdə Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Aralıq dənizinin qərb hissəsində içində 47 nəfərin, o cümlədən 1 uşağın olduğu qayıq aşkarlanıb. Miqrantlar Tarif limanına (Kadis vilayəti, Əndəlis muxtar vilayəti) çatdırılacaqlar.

Daha əvvəl isə Tarifdən bir neçə dəniz mili məsafədə içində 7 nəfərin olduğu daha 2 qayıq aşkarlanıb. 

Bu il Aralıq dənizi vasitəsilə İspaniyaya miqrasiya axını kəskin şəkildə artıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın əvvəllərindən avqustun sonuna kimi ölkəyə dəniz yolu ilə 8385 nəfər gəlib. Qeyd olunur ki, 121 nəfər dənizdə ölüb.

Son xəbərlər

Orphus sistemi