İspaniya sahillərində 49 miqrant xilas edilib

İspaniya sahillərində 49 miqrant xilas edilib Miqrantların fiziki vəziyyəti qənatbəxş qiymətləndirilir
Digər ölkələr
28 Yanvar , 2017 20:49
İspaniya sahillərində 49 miqrant xilas edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Afrikadan İspaniyaya gələn 49 miqrant bu ölkənin Dənizdə Xilasetmə Xidməti tərəfindən xilas olunub.

"Report"un məlumatına görə, bu barədə "Europa Press" xəbər verib.

Məlumatda bildirilir ki, içində 49 sərnişinin olduğu qayıq Almeriyadan 75 mil cənub-şərqdə aşkarlanıb. Miqrantların arasında 2 qadın da olub.

Qayıq əlverişsiz hava şəraiti səbəbindən 2 gün dənizdə dreyf edib. Belə ki, güclü külək səbəbindən dalğaların hündürlüyü 3 metrə çatıb, həmçinin yağış yağıb.

Qayıq "Helimer 219" vertolyotu vasitəsilə aşkarlanıb. 

Bütün miqrantlar sahilə çatdırılıb. Onların fiziki vəziyyəti qənatbəxş qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi