Bakı. 2 aprel. REPORT.AZ/ Cəbəllütariq boğazında 4 qeyri-qanuni miqrant ölüb, biri xilas olunub, daha 7-nin axtarışları davam etdirilir.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Dənizdə Xilasetmə Xidməti məlumat yayıb.
"Buque Melchor Schulte" gəmisi Cəbəllütariq boğazında üzərində iki ölü və bir sağ insanın olduğu çevrilmiş qayıq aşkar edib. Sonradan dənizdə daha iki ölmüş miqrant tapılıb. Sağ qalan şəxsin məlumatına görə, qayıqda 12 nəfər olub. Axtarışlar davam etdirilir.
Qeyri-qanuni miqrantları daşıyan qayıq bazar günü Mərakeşin Tanjer limanından yola düzəlib.