Bakı. 7 iyul. REPORT.AZ/ İyulun 7-də İspaniya polisi Kanar adalarından birində, Lansarotedə İraq və Suriya ərazisindəki silahlı münaqişələrə uşaq və yeniyetmələri cəlb edən qadını saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda İspaniya Daxili İşlər Nazriliyi məlumat yayıb.
Xəbərə görə, həmin qadın İspaniya vətəndaşıdır və İŞİD-lə birbaşa əlaqə saxlayırmış.
Bu il İspaniyada 30-dan çox potensial terrorçu tutulub.