Yuxarı

İspaniya parlamenti sosialistlərin liderini baş nazir postuna təsdiq etməyib

Pedro Sançesin lehinə 130, əleyhinə isə 219 parlamentari səs verib

Bakı. 3 mart. REPORT.AZ/ İspaniyanın Deputatlar Konqresi (Aşağı Palata) İspaniya Sosialist Fəhlə Partiyasının (İSFP) baş katibi Pedro Sançesi hökumətin sədri vəzifəsinə təsdiq etməyib.

"Report" xəbər verir ki, 350 yerlik Konqresdə baş tutan səsvermə zamanı İSFP liderinin "lehinə" 130, "əleyhinə" isə 219 deputat səs verib, daha bir nəfər bitərəf qalıb.

Sançesə seçilmək üçün mütləq əksəriyyətin, yəni Konqresin 176 üzvünün dəstəyi lazım idi.

Martın 4-də Sançesin namizədliyi üzrə səsvermənin 2-ci turu olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi