İspaniya parlamenti Raxoyanı baş nazir postuna təsdiq edib

İspaniya parlamenti Raxoyanı baş nazir postuna təsdiq edib Krallıq 10 aydan çox müddətdə daimi hökumətsiz yaşayıb
Digər ölkələr
29 Oktyabr , 2016 22:46
İspaniya parlamenti Raxoyanı baş nazir postuna təsdiq edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ İspaniyanın deputatlar konqresi (Parlamentin Aşağı palatası) ikinci səsvermə zamanı hökumət sədri vəzifəsini icra edən Mariano Raxoyanın namizədliyini baş nazir postuna təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, parlamentə keçən partiyalar Nazirlər Kabinetinin formalaşdırılması məsələsi üzrə razılığa gələ bilmədiklərindən, İspaniya 10 aydan çox müddətdə daimi hökumətsiz qalıb.

Siyasi qüvvələr oktyabrın 31-dək razılığa gələ bilməsəydilər, Priney krallığında bir ildə üçüncü ümumxalq seçkiləri keçirilməli olacaqdı.

Son xəbərlər

Orphus sistemi