İspaniya məhkəməsi Kataloniya parlamentinin spikerini həbs edib

İspaniya məhkəməsi Kataloniya parlamentinin spikerini həbs edib Forkadel və digər deputatlar hər gün məhkəməyə gəlməlidirlər
Digər ölkələr
10 Noyabr , 2017 03:46
İspaniya məhkəməsi Kataloniya parlamentinin spikerini həbs edib

Bakı. 10 noyabr. REPORT.AZ/ İspaniyanın Ali Məhkəməsinin hakimi məhkəmə araşdırması ilə Kataloniya parlamentinin spikeri Karme Forkadelin 150 min avro girov müqabilində azad olması hüququ ilə həbsi barədə qərar qəbul edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı məhkəmənin qərarında deyilir.

Parlamentin rəyasət heyətinin digər üzvləri – Luis Korominas, Luis Qino, Anna Simo, Ramon Barrufet ("Hə üçün birlikdə" koalisiyasının üzvləri) həftə ərzində 25 min avro ödəməlidirlər. Onlar hələlik azadlıqda qalacaqlar.

"Bəli, bu mümkündür" koalisiyasının üzvü, deputat Joan Josel Nuet girovsuz azaqlıqda qala bilər. 

Forkadel və digər keçmiş 4 deputat girovun ödəməsi halında hər gün məhkəməyə gəlməlidirlər. Onlar İspaniya ərazisini tərk edə bilməzlər. Həmin şəxslərin pasportları alınacaq.  

Son xəbərlər

Orphus sistemi