İspaniya kralının Barselonaya səfəri kütləvi etirazlara səbəb olub

İspaniya kralının Barselonaya səfəri kütləvi etirazlara səbəb olub Polislə toqquşmalar zamanı 19 nəfər yaralanıb
Digər ölkələr
26 Fevral , 2018 16:18
İspaniya kralının Barselonaya səfəri kütləvi etirazlara səbəb olub
AP

Bakı. 26 fevral. REPORT.AZ/ İspaniya kralı VI Filippin Dünya Mobil Konqresində iştirak etmək üçün Barselonaya səfəri şəhərdə etiraz aksiyalarına səbəb olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polislə toqquşmalarda 19 nəfər yaralanıb.

Bütün yaralıların yüngül xəsarət aldığı bildirilir. Onların əksəriyyətinin monarxın dünən axşam getdiyi Kataloniya Musiqi Sarayına gedən yolda polis kordonunu yarmağa çalışarkən xəsarət aldığı vurğulanır.

Ümumilikdə, aksiyalar dinc xarakter daşıyıb.

Nümayişlər Kataloniyanın müstəqilliyini dəstəkləyən "Respublikanın qorunması komitələri" tərəfindən təşkil edilib.

Qeyd edək ki, bu, 2017-ci ilin oktyabrında Katalonyada baş tutan "müstəqillik referendumu"ndan sonra İspaniya kralının muxtariyyətə ilk səfəri olub.

Son xəbərlər

Orphus sistemi