İspaniya Kataloniyanın muxtariyyətini ləğv edib

İspaniya Kataloniyanın muxtariyyətini ləğv edib Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək
Digər ölkələr
21 Oktyabr , 2017 16:07
İspaniya Kataloniyanın muxtariyyətini ləğv edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniya hökuməti Kataloniya əyalətinin muxtariyyətini ləğv edib.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.

Bu maddəyə əsasən, İspaniya hökuməti Kataloniyada birbaşa idarəetməyə keçib. 

Baş nazir Mariano Raxoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi