İspaniya hökuməti Kataloniyaya düşünmək üçün yenidən vaxt verib

İspaniya hökuməti Kataloniyaya düşünmək üçün yenidən vaxt verib Barselonaya oktyabrın 19-u saat 10:00-dək vaxt təyin edilib
Digər ölkələr
16 Oktyabr , 2017 16:05
İspaniya hökuməti Kataloniyaya düşünmək üçün yenidən vaxt verib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Kataloniya hökuməti İspaniya hakimiyyət orqanlarının "referendum"un nəticələri ilə bağlı tələblərini yerinə yetirməyib və bununla əlaqədar olaraq, Barselonaya oktybarın 19-u, saat 10:00-dək ikinci dəfə vaxt təyin edilib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın baş nazirinin müavini Saens de Santamariya bildirib.

"Hökumət Jeneralitatın (Kataloniya Hökuməti Sarayı - red.) prezidentinin sorğuya cavab verməməsinə təəssüflənir. "Hə" və ya "yox" demək elə də çətin deyil", - baş nazirin müavini vurğulayıb.

Saens de Santamariya qeyd edib ki, İspaniya hökuməti Kataloniyanın hökumət başçısı Karles Puşdemonla dialoq imkanını inkar etmək niyyətində deyil, sadəcə, onların fikrincə, dialoq "qanun çərçivəsində" keçirilməlidir.

Xatırladaq ki, daha əvvəl K.Puçdemon İspaniyanın baş naziri Mariano Raxoya iki ay ərzində Kataloniyadakı vəziyyəti müzakirə etmək üçün görüş təşkil etmək ideyasını irəli sürüb.

Son xəbərlər

Orphus sistemi