İspaniya hökuməti Kataloniya sərhədinə hərbçilər yerləşdirib

İspaniya hökuməti Kataloniya sərhədinə hərbçilər yerləşdirib Mariano Rajoy: “Bu referndumun keçirilməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyəm”
Digər ölkələr
14 Sentyabr , 2017 13:32
İspaniya hökuməti Kataloniya sərhədinə hərbçilər yerləşdirib

Bakı. 14 sentyabr. REPORT.AZ/ İspaniya hökuməti sentyabrın 14-də Kataloniya əyaləti ilə sərhədə hərbçilər yerləşdirməyə başlayıb. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, rəsmi Madrid Kataloniya hökumətinə müstəqilliklə bağlı referendum keçirəcəkləri təqdirdə hərbi müdaxilə edəcəklərini də bildirmişdi.

Hərbçilərin sərhədin sıfır nöqtəsində yerləşdirilməsinə Kataloniya hökuməti hələlik açıqlama verməyib.

“Bu referendumun keçirilməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyəm. Bunun keçirilməsinə mane olmaq üçün ən sonuncu üsuldan belə yararlanacağıq”, - bir müddət əvvəl İspaniya hökumətinin başçısı Mariano Rajoy vurğulamışdı.

Xatırladaq ki, ötən gün referendumun keçirilməsinin qarşısının alınması məqsədi ilə Kataloniya hökumətinin bütün təmsilçiləri, güc strukturlarının rəhbərləri Madridə çağırılıb.

Qeyd edək ki, Kataloniyanın əyalət parlamenti bu il oktyabrın 1-də “bölgənin müstəqilliyi” ilə bağlı referendum keçirilməsi haqqında qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi