İspaniya baş nazirinin həyat yoldaşında koronavirus aşkarlandı

İspaniya baş nazirinin həyat yoldaşında koronavirus aşkarlandı İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.
Digər ölkələr
939
15 Mart , 2020 06:12
İspaniya baş nazirinin həyat yoldaşında koronavirus aşkarlandı

İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes koronavirusa yoluxub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin nazirlər kabinetinin mətbuat xidməti yayıb.

“Monkloa sarayında baş nazirə yaxın olan insanlardan analizlər götürülüb və onun həyat yoldaşı Beqonya Qomesdə müsbət nəticə çıxıb. Beqonya Qomes və hökumət başçısının vəziyyəti normaldır. Onlar sarayda qalmaqda davam edir və daim səhiyyə orqanları tərəfindən müəyyən edilmiş profilaktik tədbirlərə əməl edirlər”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi