​İslandiya Avropa İttifaqından imtina etmək qərarına gəlib

​İslandiya Avropa İttifaqından imtina etmək qərarına gəlib Bu bəyanatla ölkənin baş naziri çıxış edib
Digər ölkələr
5 yanvar 2015 18:08
​İslandiya Avropa İttifaqından imtina etmək qərarına gəlib

Bakı. 5 yanvar. REPORT.AZ/ İslandiya Avropa İttifaqına daxil olmaq üçün təqdim etdiyi ərizəsini rəsmi olaraq geri götürməyi planlaşdırır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla "Bylgjan" radiostansiyasının efirində ölkənin baş naziri Siqmündür David Qünnleyqsson çıxış edib.

Baş nazir ərizəni 2015-ci ilin əvvəlində geri götürməyə hazırlaşdığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi