İslam Kərimov: "Özbəkistan öz ərazisində hərbi bazaların yerləşdirilməsinə imkan verməyəcək"

İslam Kərimov: "Özbəkistan öz ərazisində hərbi bazaların yerləşdirilməsinə imkan verməyəcək" Müstəqilliyin 24 illiyi münasibəti ilə təşkil olunan tədbirdə Özbəkistan prezidenti İslam Kərimov çıxış edib
Digər ölkələr
1 Sentyabr , 2015 00:31
İslam Kərimov: Özbəkistan öz ərazisində hərbi bazaların yerləşdirilməsinə imkan verməyəcək

Bakı. 01 sentyabr. REPORT.AZ/ Özbəkistan heç vaxt hərbi və ya siyasi bloklara qoşulmayacaq və öz ərazisində hərbi bazaların yerləşdirilməsinə imkan verməyəcək. "Report"un RİA"Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Özbəkistanın müstəqilliyinin 24 illiyi münasibəti ilə təşkil olunan tədbirdə prezident İslam Kərimov bildirib.

"Xarici siyasət kursumuz bizə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, faydalı əməkdaşlığı genişləndirməyə və əksər ölkələrlə diplomatik münasibətləri inkişaf etdirməyə imkan verir", deyə Kərimov əlavə edib.

Son xəbərlər

Orphus sistemi