"İslam Dövləti" qrupu Liviyada hərbi-hava bazasını ələ keçirib

"İslam Dövləti" qrupu Liviyada hərbi-hava bazasını ələ keçirib "İslam Dövləti" yaraqlıları Sirt şəhərindəki hərbi-hava bazasını zəbt ediblər
Digər ölkələr
30 May , 2015 00:05
İslam Dövləti qrupu Liviyada hərbi-hava bazasını ələ keçirib

Bakı. 30 May. REPORT.AZ/ "İslam Dövləti" yaraqlıları Liviyanın Sirt şəhərindəki hərbi-hava bazasını zəbt ediblər. "Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, bu bazada həm də mülki hava limanı yerləşir.

Hazırda Derna şəhəri və Sirtin əksər hissəsi İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Keçmiş dikdator Muammar Gaddafinin 2011-ci ildə devrilməsi və qətlindən sonra Liviyada xaos yaranıb. 

Həmçinin hazırda İraq və Suriyanın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi