Bakı. 29 sentyabr. REPORT.AZ/ Bağdadın mərkəzində baş verən və ən azı 4 insanın ölümü, 11 nəfərin isə yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti "İslam Dövləti" terror qruplaşması öz üzərinə götürüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış bazar ertəsi günü paytaxtın ən hündür binası olan "İshtar Sheraton" hotelinin yaxınlığında baş verib.