Yuxarı

İŞİD Yəməndəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 65 nəfərə çatıb

Bakı. 29 avqust. REPORT.AZ/ Yəmənin Ədən şəhərindəki partlayışa görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 65 nəfərə çatıb.

Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsinin yaxınlığında baş verib. Terrorçu-kamikadze ölkənin silahlı qüvvələrinin sıralarına qoşulmaq istəyən şəxslərin yaxınlığında avtomobili partladıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi