​İŞİD yazda Özbəkistanda terror gerçəkləşdirməyi planlaşdırıb

​İŞİD yazda Özbəkistanda terror gerçəkləşdirməyi planlaşdırıb Bu terrorçu təşkilatın rəhbərliyi Fərqanə vadisində pozuculuq fəaliyyəti üçün 70 milyon dollar ayırıb
Digər ölkələr
3 Fevral , 2015 10:34
​İŞİD yazda Özbəkistanda terror gerçəkləşdirməyi planlaşdırıb

Bakı. 03 FEVRAL. REPORT.AZ/ "İŞİD bu ilin yazında Özbəkistanda terror aksiyası keçirməyi planlaşdırıb".

"Report" "centralasiaonline"yə istinadən xəbər verir ki, bunu Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı, analitik Əlşir Həmdəmov bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin yazında İŞİD Özbəkistan ərazisində terror keçirməyi planşadırdığından ölkə sərhədlərində tədbirləri gücləndiriblər.

İŞİD terrorçu təşkilatın rəhbərliyi Orta Asiyadan olan yaraqlıların yardımı ilə Fərqanə vadisində pozuculuq fəaliyyətinin həyata keçirilməsi üçün 70 milyon dollara yaxın maliyyə vəsaiti ayırıb.

Xəbərdə qeyd olunub ki, 300-dən çox özbək Suriya və İraqdakı İŞİD yaraqlılarına qoşulub. 

Son xəbərlər

Orphus sistemi